SON XƏBƏRLƏR

Çin Suriyaya elçi göndərir

2021.10.20, 07:36
Çin Suriyaya elçi göndərir

Gunaz.tv

GünAz TV: Çin Bəşar Əsəd rejimini atəşkəsə razı salmaq üçün Suriyaya elçi göndərməyə hazırlaşır.

 

Bu ölkənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada Çinin Suriyadakı keçmiş səfiri Li Xuanjinqin sabah Suriyaya gedəcəyi bildirilib. Çinli səfirin iki gün Dəməşqdə qalacağı, Pekinin Suriyaya xarici müdaxiləyə qarşı olduğuna dair mövqeyini çatdıracağı, Əsəd rejimini atəşkəsə razı salmağa çalışacağı bildirilib.

 

Çin dünən də Suriyada gərginlin sona çatdırılmasına dair plan təklif edib. Plan iki tərəfin də atəşi dayandırmasını, BMT (Birləşmiş Millətlər Təşkilatı) və Ərəb Birliyinin himayəsində danışıqların başlamasını nəzərdə tutur. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar