SON XƏBƏRLƏR

Amerika İran prezidentinin müşavirinə viza verməyib

2021.10.20, 07:36
Amerika İran prezidentinin müşavirinə viza verməyib

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) hökuməti İran prezidentinin müşaviri, Qadın və Ailə İşləri Mərkəzinin rəhbəri Məryəm Müctehidzadənin rəhbərlik etdiyi İran nümayəndə heyətinə bu ölkəyə səfər etməsi üçün viza verməyib.

 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın BMT-dəki (Birləşmiş Millətlər Təşkilatı) daimi nümayəndəsinin müavini İshaq Əli Həbib bildirib.

 

Onun sözlərinə görə, bu səbəbdən nümayəndə heyəti BMT-nin Qadın Komissiyasının martın (March) 3-də ABŞ-ın Nyu-York şəhərində qadın və ailə mövzusunda keçirdiyi 56-cı yığıncağında iştirak edə bilməyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar