SON XƏBƏRLƏR

Rusiya İrandan uzaqlaşa bilər

2025.03.15, 13:48
Rusiya İrandan uzaqlaşa bilər

Prezident Donald Trampın rəhbərliyi altında Amerika və Rusiya arasında sürətlə yaxşılaşan münasibətlər Moskvanın Vaşinqtonun Yaxın Şərqdəki düşməni İrandan daha çox uzaqlaşacağı anlamına gələ bilər.

Gunaz.tv

Bu sözləri Rusiya əsilli jurnalist Tanya Luknaya deyib.

"Görünür, Rusiya artıq İranın hərbi yardımında maraqlı deyil, çünki Ukraynada cəbhə xəttində vəziyyət dəyişir, üstəlik Amerika və Ukraynanın təklif etdiyi atəşkəslə geosiyasi vəziyyət də dəyişməkdədir." - deyə jurnalist qeyd edib.

Tramp yanvar ayında vəzifəyə gəldikdən bəri Ukrayna və Rusiya arasındakı müharibəni bitirmək üçün atəşkəs və sülh razılaşmasına çağırış edir.

Tramp administrasiyası Ukraynanın Rusiyaya ərazi güzəştlərinə getməsinin tərəfdarıdır və Kiyevin Amerikanın başçılıq etdiyi NATO-ya qoşulmasını dəstəkləmir. Bu vəziyyət isə Moskvanı sevindirir.

Bu durum İran tərəfində Rusiyanın onları satacağı ilə bağlı narahatlıqları artırıb.

Qeyd edək ki, Rusiya dövlət mediasına görə, Putin keçən həftə Vaşinqton və Tehran arasında nüvə danışıqlarında vasitəçilik etməyə razılaşıb.

Bundan başqa, İranın Ön Asiyadakı nüfuzunun zəifləməsi də Moskvaya əlaqələri yenidən yoxlamaq üçün işarə ola bilər.

 

 - Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar