SON XƏBƏRLƏR

Höccətulislam Qələndəri Sulduz seçkilərində baş verən saxtakarlığa etiraz edib

2021.10.20, 07:36
Höccətulislam Qələndəri Sulduz seçkilərində baş verən saxtakarlığa etiraz edib

Gunaz.tv

GünAz TV: Höccətulislam Qələndəri iki gün öncə keçirilən parlament seçkilərindən danışıb. O, Sulduz şəhərindəki saxtakarlığa kəskin etiraz edib.

 

Höccətulislam Qələndəri bildirib ki, “Hizbullah imkan verməyəcək bəziləri öz saxtakarlıqları ilə, müharibədə və bölücülərlə mübarizədə 700 nəfərdən çox şəhid verən şəhərin haqqını tapdalasınlar.

Şəhid Çəmranın dediyi kimi Sulduz Azərbaycanın darvazasıdır və bu stratejik məntəqənin əldən verilməsinə imkan verməyəcəyik.”

 

O, Bədəli ailəsinin şəhidlərinə işarə edərək əlavə edib ki, “Bədəli ailəsindən xəcalətik. Ona görə ki, bu günə qədər dostların nifaqı və düşmənlərin qanun pzuntusunun qarşısını almağa nail olmamışıq. Ancaq söz verirəm ki, Sulduzlu əhali ilə birlikdə oyanıq və hazır bir şəkildə,  saxtakar insanların Sulduz əhalisinin təmsilcisi kimi parlamentə getməsinə imkan verməyəcəyəm. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar