SON XƏBƏRLƏR

Sulduzda seçkilərin nəticəsi ləğv edilməlidir

2021.10.20, 07:36
Sulduzda seçkilərin nəticəsi ləğv edilməlidir

Gunaz.tv

GünAz TV: Sulduzda parlament seçkilərinin nəticəsinin ləğvi uğrunda mübarizə davam edir. Buna səbəb seçkilərdəki kobud saxtakarlıqdır.

 

Məlumata görə, keçirilən geniş kütləvi yürüş və ardıcıl müraciətlərdən sonra İcra Hakimiyyətində (fərmandarı) xüsusi iclas keçirilib. Kürdlər seçkilərin nəticəsinin qəbul olunmasında israrlı olsalarda, bir sıra məsullar seçkilərin nəticəsinin ləğvi ilə bağlı fikir irəli sürüblər.

 

Qeyd edək ki, Sulduzda vəziyyət olduqca qeyri adidir və Hər an hər bir hadisə baş verə bilər. Qonşu bölgələrdən kürdlərin Sulduza axın etməsi, vəziyyəti daha da gərginləşdirib.

 

Sulduzda yaranan vəziyyət Təbriz və Urmu şəhərlərində azərbaycanlı fəalllar arasında müzakirə olunur.  Son məlumata görə, geniş kütləvi etirazların keçirilməsinə dair qərar verilə bilər. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar