SON XƏBƏRLƏR

Amerika hər an İranı vura bilər

2025.03.22, 09:49
Amerika hər an İranı vura bilər

Lübnanın Hizbullaha yaxınlığı ilə tanınan “Əl-Əxbar” qəzeti ərəb ölkələri arasında ABŞ-nin İrana hərbi müdaxilə ehtimalının ciddi narahatlıq doğurduğunu yazıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istidən xəbər verir ki, qəzetin məlumatına görə, Ər-Riyadda və Dohada keçirilən son görüşlərdə ərəb liderləri bu məsələni müzakirə ediblər. Toplantılarda İranın mümkün cavab tədbirləri və regionda baş verə biləcək qarşıdurmaların ssenariləri diqqət mərkəzində olub.

Xüsusilə vurğulanır ki, Amerikanın İrana qarşı mümkün birbaşa hərbi zərbəsi fonunda, İranın Körfəz regionunda yerləşən Amerika bazalarına və enerji infrastrukturuna hücum edə biləcəyi ehtimalı da nəzərdən keçirilib.

“Əl-Əxbar” qeyd edir ki, bu narahatlıqlar fonunda bəzi ərəb ölkələri regionda hərbi və logistik hazırlıqları sürətləndirməkdədir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar