SON XƏBƏRLƏR

Sulduzda seçkilər saxtalaşdırılıb, Xəyali kürdistan bayrağı nümayiş etdirilib

2021.10.20, 07:36
Sulduzda seçkilər saxtalaşdırılıb, Xəyali kürdistan bayrağı nümayiş etdirilib

Gunaz.tv

GünAz TV: İki gün öncə İran və Güney Azərbaycanın müxtəlif bölgələrində  parlamenti seçkiləri keçirilib.

 

Gözlənilən kimi yenədə Qərbi Azərbaycan şəhərlərində kürd namzədlərinin seçilməsinə xüsusi cəhdlər olub. Məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərində artıq kürd namzədi seçkinin qalibi elan edilib. Bundan sonra bir qrup kürd gənci şəhərdə şənlik edib və Xəyali Kürdistan bayrağını nümayiş etdiriblər.

 

Bu səhnəni və seçki saxtakarlığını müşahidə edən Sulduz əhalisi dərhal Bəyanat yayaraq İmam Xiyabanında toplaşıb və icra hakimiyyəıtinə doğru (fərmandari) yürüş etməyə qərar veriblər. Görüş yerinə  öncədən çoxlu təhlükəsizlik qüvvələri gətirilsədə çoxsaylı soydaşımız bir yerə toplaşıb və yürüş keçiriblər. Onlar seçkilərin nəticəsini ləğv etməyi tələb ediblər. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar