SON XƏBƏRLƏR

Energetika nazirinin elektrik böhranına həll yolu: İnsanlar özlərini sərmayə qoysunlar!

2025.03.24, 10:46
Energetika nazirinin elektrik böhranına həll yolu: İnsanlar özlərini sərmayə qoysunlar!

İranın energetika naziri Abbas Əliabadi xalqı elektrik böhranından çıxmaq üçün ölkənin elektrik sənayesi layihələrinə sərmayə qoymağa çağırıb.

Gunaz.tv

Əliabadi şənbə günü Əli Xameneinin növbəti ili "istehsal üçün investisiya ili" kimi təyin etməsinə toxunaraq deyib ki, Energetika Nazirliyi "böyük sərmayələrlə yanaşı, xalqdan kiçik investisiyaların cəlb edilməsi üçün xüsusi proqram həyata keçirir".

O, əlavə edib ki, elektrik enerjisi sənayesində investisiya fondunu işə salmaqla insanlar onun səhmlərini alaraq elektrik sənayesi layihələrində iştirak edə biləcəklər.

İran İslam Respublikasının enerji təchizatında səmərəsizliyi və elektrik enerjisinin tez-tez kəsilməsi səbəbindən son bir neçə ayda bir çox vətəndaş ölkənin bəzi bölgələrində etiraz aksiyaları keçirib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar