SON XƏBƏRLƏR

USAID fəaliyyətini rəsmi şəkildə dayandırdığını elan edib

2025.03.29, 11:17
USAID fəaliyyətini rəsmi şəkildə dayandırdığını elan edib

ABŞ Dövlət Departamenti Beynəlxalq İnkişaf Agentliyi (USAID) fəaliyyətini rəsmi şəkildə dayandırdığını elan edib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, Dövlət Departamenti USAID-in bir çox funksiyalarını və mövcud proqramlarını öz üzərinə götürməyi planlaşdırır.

Dövlət katibi Marko Rubio açıqlamasında ABŞ administrasiyasının USAID-in fəaliyyətini tamamilə dayandırdığını və bundan sonra xarici yardımların Dövlət Departamenti tərəfindən idarə olunacağını bildirib.

"Biz həyati əhəmiyyətli proqramları davam etdirir və strateji investisiyalar vasitəsilə həm tərəfdaşlarımızı, həm də öz ölkəmizi gücləndiririk", – deyə Rubio vurğulayıb.

Ekspertlər hesab edirlər ki, USAID-in tamamilə bağlanması hüquqi problemlər yarada bilər, çünki belə bir addım adətən Konqresin razılığı olmadan həyata keçirilə bilməz. 

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar