SON XƏBƏRLƏR

Kremlin nümayəndəsi Vaşinqtona səfər edə bilər

2025.04.02, 11:49
Kremlin nümayəndəsi Vaşinqtona səfər edə bilər

Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi bu həftə Vaşinqtona səfər edə biləcəyini təsdiqləyib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, o, X sosial şəbəkəsində bu barədə yayılan xəbərlərə qısa şəkildə cavab verib: "Mümkündür".

Səfərlə bağlı rəsmi detallara toxunulmasa da, bu gəlişin Rusiya və ABŞ arasındakı münasibətlər fonunda mühüm əhəmiyyət daşıdığı bildirilir.

Eyni zamanda Rusiya Birbaşa İnvestisiya Fondunun keçmiş rəhbəri Kirill Dmitriyev sosial şəbəkədə diqqətçəkən paylaşım edib:

“ABŞ və Rusiya arasında dialoqa müqavimət var, çünki köhnə maraqlar və stereotiplər hələ də mövcuddur. Amma bəlkə də dünya üçün uzunmüddətli təhlükəsizlik və sülh məhz bu münasibətlərin yaxşılaşmasından asılıdır?” – deyə Dmitriyev yazıb.

Analitiklər hesab edirlər ki, əgər səfər baş tutarsa, bu, Moskva və Vaşinqton arasında yüksək səviyyəli görüşlər üçün yeni bir cəhd ola bilər. Qeyd edək ki, iki ölkə arasında münasibətlər son illərdə ciddi şəkildə gərginləşib və tərəflər bir-birinə qarşı sanksiyalar tətbiq etməkdə davam edir.

Gözləntilər budur ki, yaxın günlərdə Kremlin nümayəndəsinin ABŞ-a səfəri ilə bağlı əlavə detallar açıqlanacaq. Bu səfərin dünya siyasətinə hansı təsirlər edəcəyi isə hələlik sual altındadır.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar