SON XƏBƏRLƏR

Əli Əkbər Salehi: “İranla “altılıq” arasında müzakirələrin İstanbulda olmasını istəyirəm”

2021.10.20, 07:36
Əli Əkbər Salehi: “İranla “altılıq” arasında müzakirələrin İstanbulda olmasını istəyirəm”

Gunaz.tv

Əli Əkbər Salehi: “İranla “altılıq” arasında müzakirələrin İstanbulda olmasını istəyirəm”

 GünazTV:İranın xarici işlər naziri Əli Əkbər Salehi ölkəsinin mübahisəli nüvə proqramına dair “altılıq”la keçirilməsi planlaşdırılan müzakirələrin İstanbulda təşkil edilməsinə tərəfdar olduğunu bildirib.

Məlumata görə, nazir tərəflər arasında görüş yeri və tarixinin müəyyənləşdirilməsi üçün danışıqların davam etdiyini söyləyib: “Qarşı tərəf müzakirə yeri haqqındakı fikirlərini ötən bazar bildirəcəkdi.

Lakin bu mövzuda bir nəticəyə gəlmədikləri görünməkdədir. Mən şəxsən müzakirələrin İstanbulda olmasını və görüş tarixinin çox uzaq olmamasını istəyirəm”.Ə.Salehi İranla “altılıq” arasındakı müzakirələrin rəsmi Tehran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasındakı müzakirələrlə heç bir bağlılığı olmadığını da vurğulayıb.Almaniyanın xarici işlər naziri Gido Vestervelle isə deyib ki, İranın mübahisəli nüvə proqramı ilə bağlı rəsmi Tehranla danışıqlara hazırdırlar: “Nüvə proqramına görə sanksiya tətbiqinə son qoymaq və əlverişli həll yoluna nail olmaq İranın öz əlindədir. Biz Tehrandan beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə bu məsələnin həllinə çalışmasını istəyirik. Əgər İran nüvə silahı istehsal etmək niyyətində olsa, bu, beynəlxalq prinsip və qanunlara zidd olacaq.

Eyni zamanda bu, region və bütün dünya üçün təhlükədir. Bu səbəbdən İranın nüvə fəaliyyətlərinin hərbi xarakter daşıyıb-daşımamasından əmin olmalıyıq”. S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar