SON XƏBƏRLƏR

İran XİN Amerika ilə danışıqlara münasibət bildirib

2025.04.11, 12:24
İran XİN Amerika ilə danışıqlara münasibət bildirib

“Biz Amerika tərəfi ilə baş tutacaq növbəti danışıqları onların əsas niyyətini anlamaq və aradakı münaqişənin həllinə daha bir diplomatik imkan kimi dəyərləndiririk”.

Gunaz.tv

GünazTV APA-ya istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqayi “X” hesabında yazıb.

Qeyd edək ki, aprelin 7-də Amerika Prezidenti Donald Tramp ölkəsi ilə rəsmi Tehran arasında birbaşa danışıqların aparıldığını və ilk görüşün 12 aprel tarixinə planlaşdırıldığını açıqlayıb.

O həmçinin, müzakirələrin uğursuzluqla nəticələnəcəyi halda İran tərəfinin bu faktorun təsirini hiss edəcəyini də bildirib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar