SON XƏBƏRLƏR

Bəhnam Şeyxi Məscid Süleymanda sürgün cəzasını çəkməsinə baxmayaraq, cərimə cəzasına məhkum edilib

2025.04.12, 11:01
Bəhnam Şeyxi Məscid Süleymanda sürgün cəzasını çəkməsinə baxmayaraq, cərimə cəzasına məhkum edilib

Azərbaycan Milli Hərəkatının fəalı Behnam Şeyxi Əhvaz vilayətindəki Məscid-i Süleymana sürgün cəzasının iki ilini çəkməsinə baxmayaraq, Tehranın Gülüstan Şəhər Məhkəməsi tərəfindən 200 milyon rial cərimə ödəməyə məhkum edilib.

Gunaz.tv

Bu barədə Cənab Şeyxi İnstaqram hesabında məlumat verib.

“İki il Məscid Süleyman şəhərində sürgündə olmağıma baxmayaraq, Tehranın Gülüstan şəhərinin hökmlərinin icrası iş açıb, məni məhkəməyə göndərib, guya sürgün yerini tərk etdiyimə görə mənə iki milyon Rial cərimə yazıb.”

Behnam Şeyxi Samanlu, Beynəlxalq Ana Dili Günü Uğrunda Azərbaycan Milli Hərəkatının bir neçə digər fəalı ilə birlikdə 2023-cü ilin mart ayında Baharistan əyalətində həbs edilib.

Bu fəallardan Əkbər Azad, Əlirza Fərşi, Bəhnam Şeyxi və Həmid Mənafi 2 il müddətinə müxtəlif şəhərlərdə sürgün və 2 il həbs cəzasına məhkum edilib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar