SON XƏBƏRLƏR

Dnepr şəhəri dron hücumuna məruz qaldı: yaralananlar var

2025.04.17, 11:11
Dnepr şəhəri dron hücumuna məruz qaldı: yaralananlar var

Rusiya ordusunun dronlarla həyata keçirdiyi hücumdan sonra Ukraynanın Dnepr şəhərində bir neçə yanğın qeydə alınıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət administrasiyası məlumat yayıb.

Vilayət rəhbəri Sergey Lısak bildirib ki, hücum nəticəsində şəhərdə yaşayış evləri, təhsil və mədəniyyət müəssisələri, eləcə də avtomobillər zərər görüb. Onun sözlərinə görə, bu hücumlar Rusiya tərəfindən dinc əhaliyə qarşı növbəti terror aktıdır.

“Yaxın saatlarda düşmən resurslarında NATO zabitlərinin guya məhv edilməsi ilə bağlı növbəti saxta məlumat yayılacaq. Əslində isə yenə də dinc sakinlər hədəfə alınıb”, – deyə Lısak qeyd edib.

İlkin məlumata əsasən, hücum nəticəsində iki uşaq xəsarət alıb. 

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar