SON XƏBƏRLƏR

Türkiyə Xarici işlər naziri Əhməd Davudoğlu Suriyalı müxaliflərlə görüşüb

2021.10.20, 07:36
Türkiyə Xarici işlər naziri Əhməd Davudoğlu Suriyalı müxaliflərlə görüşüb

Gunaz.tv

Türkiyə Xarici işlər naziri Əhməd Davudoğlu Suriyalı müxaliflərlə görüşüb

GünazTV:Türkiyə Xarici işlər naziri Əhməd Davudoğlu Suriya müxalifətinin yaratdığı Suriya Milli Şurasının üzvləriylə görüşüb. 4 saata yaxın davam edən görüşdə konkret mesajlar verilib.

Davudoğlu Türkiyənin Suriyaya baxışını detaylı şəkildə izah edib. Tunisdə keçirilən "Suriyanın Dostları" Konfransından sonra dəyərləndirmə xarakteri daşıyan görüşdəTürkiyənin Suriyada insan haqlarının pozulmasına qarşı beynəlxalq təşəbbüsləri də gündəliyə gəlib.

Davudoğlu Suriyanın Türkiyə üçün çox mühüm olduğunu deyib: "Suriyada etnik və dini əsaslı siyasət doğru olmaz. Milli Şura hər etnik və dini kəsimdən olan təmsilçiləri əhatə etməli, kimsəni kənarlaşdırmamalıdır".Türkiyə Xarici işlər naziri Əsad rejimindən qaçan və Hataydakı düşərgələrdə qalan suriyalılara Türkiyənin dəstəyinin davam edəcəyini söyləyib: "Suriya xalqına evimiz, qapımız açıq qalacaq".S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar