SON XƏBƏRLƏR

Rusiyada Putin tərəfdarları və əleyhdarları yürüşlərə hazırlaşır

2021.10.20, 07:36
Rusiyada Putin tərəfdarları və əleyhdarları yürüşlərə hazırlaşır

Gunaz.tv

GünAz TV: Sabah Rusiyada prezident seçkiləri keçiriləcək.  Baş nazir Vladimir Putinin birinci turda qalib gələcəyinə birmənalı baxılır.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Putin seçkiqabağı verdiyi son açıqlamada baş nazir postunu Dmitri Medvedyevə verəcəyini bir daha təkrarlayıb.

 Baş nazirin tərəfdarları isə sabah gecə bənzəri olmayan yürüşlərə  hazırlaşır. Kremlin dəstəklədiyi gənclik qruplarının şəhərin mərkəzindəki bütün meydanlarda yürüşlər keçirəcəklər. Ən böyük mitinq isə Manej meydanında olacaq. Saat 21:00-da son məntəqə bağlandıqdan sonra başlayacaq mitinqdə Putinin də iştirakı gözlənilir.

 Müxalifət isə martın (March) 5-də şəhərin mərkəzində mitinq keçirmək istəyir. Lakin Moskva meriyası (şəhrdari) onlara mərkəzi meydanları verməməkdə israr edir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar