SON XƏBƏRLƏR

Türkiyə prezidenti Suriya ilə bağlı Moskva və Tehrana mesaj göndərib

2021.10.20, 07:36
Türkiyə prezidenti Suriya ilə bağlı Moskva və Tehrana mesaj göndərib

Gunaz.tv

GünAz TV: Rusiya və İran yaxın zamanda anlayacaq ki, Bəşər Əsədin vəzifəsindən getməsi üçün göstərilən beynəlxalq diplomatik səylərə qoşulmaqdan başqa seçənək  yoxdur.

Bunu Türkiyə Prezidenti Abdulla Gül "Reuters" agentliyinə verdiyi müsahibəsində bildirib.

O qeyd edib ki, Suriya müxalifəti daxilindəki fikir ayrılıqları ən əhəmiyyətli problemlərdən biridir. Müxalifətin iqtidara gəlmək üçün hələ hazır olmadığını qeyd edən prezident Gül, Suriyada cəmiyyətin bütün təbəqələrini əhatə edən quruluşun yaradılmasının vacibliyini vurğulayıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Əsədin əleyhinə qərar qəbul edilməsinə veto qoyan və Suriyaya yönələn sanksiyalara (təhrimlərə) qarşı çıxan rəsmi Moskvanın bu mövqeyini qiymətləndirən Gül deyib: "Rusiyanın bu rejimin yükünü nə vaxta qədər üzərində daşıyacağını görəcəyik. Mənim fikrimcə, bu çox uzun çəkməyəcək. Rusiya vaxt keçdikcə görəcək ki, verdiyi dəstək Suriya rejimi tərəfindən sui-istifadə edilir. Silahların Suriya xalqına qarşı istifadə edildiyi həqiqətini gördükləri zaman, bunu anlayacaqlar". Rəsmi Ankaranın Tehranı razı salmağa çalışdığını söyləyən Gül deyib: "İranın suyun üzü yuxarı axmasını təmin edəcək gücü yoxdur". N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar