SON XƏBƏRLƏR

İsrail son bir ayda Lübnanda 50 hədəfə hücum edib

2025.04.29, 12:25
İsrail son bir ayda Lübnanda 50 hədəfə hücum edib

İsrail ordusu bir ay ərzində Lübnanda radikalların 50 hərbi obyektinə zərbə endirib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrail ordusu bir ay ərzində Lübnan boyu 50 hədəfə zərbə endirib. Bu zərbələr İsrail və Lübnan arasında atəşkəs razılaşmasının pozulmasından sonra baş verib və bu, İsrail dövləti və onun vətəndaşları üçün təhlükə yaradır", - məlumatda bildirilir.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi tərəfindən verilən açıqlamada deyilir ki, Hizbullah tərəfindən “dəqiq idarə olunan raketlər” saxlamaq üçün istifadə edilən bina hədəf alınıb. İran tərəfindən dəstəklənən terror qruplaşması Beyrutun cənub ətraflarından “təhlükəsiz sığınacaq” kimi istifadəsini dayandıracağına söz verib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar