SON XƏBƏRLƏR

Növbəti həyasızlıq: “Ermənilər Xocalı filmi çəkib”

2021.10.20, 07:36
Növbəti həyasızlıq: “Ermənilər Xocalı filmi çəkib”

Gunaz.tv

GünAz TV: Erməni prodüsser (tolid konənde, yapımcı) Arman Saqatelyan Xocalı qətliamı barədə «Aclıq və ölüm arasında. Həyat bahasına hakimiyyət» adlı film çəkib.

GünAz TV mətbuat mərkəzinin "Modern.az"a istinadən yaydığı məlumata görə, bu barədə ermənilərin tert.am saytı məlumat yayıb. Filmdə erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri qətliam və soyqırımı rədd edilir və orada mülki əhalinin öldürülməsinin erməni tərəfinin beynəlxalq normaları pozmasının nəticəsi olmadığı ideyası irəli sürülür. Film Azərbaycan tərəfinə ittihamlar üzərində qurulub. Prodüsserin sözlərinə görə, filmdə materilların (sənədlərin) toplanılmasında çex jurnalisti Dana Mazalova kömək edib. Filmdə əsasən çex jurnalistinin o dövrdə prezident olmuş Ayaz Mütəllibovla müsahibəsinə istinad edilib.  Saxta iddialarla və Azərbaycan əleyhinə yönəlmiş film martın 3-də “Moskva” kinoteatrında nümayiş olunacaq. Filmin 7 dilə tərcüməsi nəzərdə tutulur. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar