SON XƏBƏRLƏR

Öldürülən jurnalistlər Humsda dəfn edilib

2021.10.20, 07:36
Öldürülən jurnalistlər Humsda dəfn edilib

Gunaz.tv

Öldürülən jurnalistlər Humsda dəfn edilib

GünazTV: Suriyada öldürülən amerikalı jurnalist Mari Kolvinlə fransız foto-müxbir Remi Oşlikin Humsda dəfn edildiyini göstərən bir video yayımlanıb.

İnternetdə yayımlanan videoda iki jurnalistin öldürüldükləri bölgənin yaxınlığındakı bir məzarlığa dəfn edildiyi görünür.Video-görüntüdə danışan bir adam Qızıl Xaç nümayəndələri gəlmədiyi üçün iki jurnalistin nəşini Baba Amr məhəlləsi yaxınlığındakı bir məzarlıqda dəfn etməyə məcbur olduqlarını söyləyib.

Qızıl Xaç Təşkilatından verilən açıqlamada isə 7 maşından ibarət karvanın paytaxt Suriyadan yola çıxdığı bildirilib. Əlverişsiz hava şərtləri səbəbilə karvanın Humsa çatmasının gecikə biləcəyi qeyd edilib.

Qızıl Xaç karvanı Humsda Qızılay könüllüləri ilə görüşərək Suriya ordusunun mühasirəsi altınakı Baba Amr səmtində ərzaq və dərman yardımı edəcək, yaralıları çıxaracaq.S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar