SON XƏBƏRLƏR

KİV: Ukrayna nümayəndə heyəti İstanbulda yalnız 30 günlük atəşkəsi müzakirə edəcək

2025.05.15, 13:30
KİV: Ukrayna nümayəndə heyəti İstanbulda yalnız 30 günlük atəşkəsi müzakirə edəcək

Ukrayna nümayəndələri Türkiyədə Rusiya nümayəndə heyəti ilə görüşdə yalnız Kiyev və Qərb ölkələrinin təklif etdiyi 30 günlük atəşkəslə bağlı məsələni müzakirə etməyə hazırdırlar.

Gunaz.tv

Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazıb.

Məlumata görə, Ukrayna rəsmiləri Rusiya nümayəndələri ilə yalnız ilkin şərtlər olmadan 30 günlük atəşkəs rejiminin necə həyata keçiriləcəyini və izləniləcəyini müzakirə etmək üçün görüşə bilərlər.

Qeyd edək ki, İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar günün ikinci yarısında gözlənilir. Bundan əvvəl Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski ayrıca görüş keçirəcəklər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar