SON XƏBƏRLƏR

Təbrizdə "Traxtur"un çempionluq bayramı keçirildi

2025.05.16, 20:59
Təbrizdə "Traxtur"un çempionluq bayramı keçirildi

Bu gün yerli avxtla saat 17-dən 19-a kimi Təbrizin Səhənd stadioununda "Traxtur" komandasının çempionluq mərasimi keçirilib.

Gunaz.tv

Yerli media və mənbələrin bildirdiyinə görə, stadion və ətraf təpələrə Azərbaycan və İranın müxtəlif bölgələrindən gələn 200 min tərəfdar toplaşıb.

Mərasimin açılışında İran himninin sıslındirilməi narazılıqla qarşılaşıb və 10 minlərlə "Traxtur"çu "Yaşasın Azərbaycan" şüarları ilə buna qarşılıq veriblər.

Mərasimdə "Traxtur" Klubunun yiyəsi Məhəmmədrza Zunuzi fars dilində qısaca çıxışdan sonra Azərbaycan türkcəsində daışsa da, İran televizyası onun ana dilində çıxışını senzura edib.

Mərasimidən canlı yayım edən İran televizyası stadionda səsləndirilən şüarlar və yayılan Azərbaycan musiqilərini də dəflərlə senzura edib.

Qeyd edək ki, ötən gecə "Traxtur" Premiyer Liqanın sonuncu oyununda Xuzistanın "İstiqlal" komandası üzərində 3-1 hesablı qələbə ilə çempionluğunu rəsmiləşdirib.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar