SON XƏBƏRLƏR

Kürdlər səs vermək üçün Sulduza axışırlar

2021.10.20, 07:36
Kürdlər səs vermək üçün Sulduza axışırlar

Gunaz.tv

GünAz TV: İranda parlament seçkilərinə start verilib.

Öncədən təxmin edildiyi kimi Qərbi Azərbaycanda durum digər bölgələrdən fərqlənir.

 

Məlumata görə, kürd təşkilatlarının təbliğatı nəticəsində kürdlər səs vermək üçün qonşu kürd şəhərlərindən Azərbaycan şəhərlərinə axışırlar.

 

Kürdlərin üz tutduğu şəhərlərdən biri Sulduzdur. Onlar kürd namzədə (Mənqur) səs vermək üçün təlaş içindədirlər. Məlumata görə, Bu vəziyyət azərbaycanlı gəncləri olduqca həssas edib və bu gün Sulduzda hansısa hadisə yaşana bilər.

 

Qeyd edək ki, illərdir kürd təşkilatları başda PKK olmaqla Azərbaycan şəhərlərindən İran parlamentinə kürd millət vəkili göndərməyə çalışırlar. Onlar bununla dünyaya o bölgələrin kürdistan olması mesajini vermək istəyirlər. Bu günə qədər xalqımızın səyi nəticəsində onların məkrli planı nəticə verməyib. Ümid edirik bu canfəşanlıq yenədə davam edəcək. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar