SON XƏBƏRLƏR

İranda müxalifət parlament seçkilərinə qatılmayacaq

2021.10.20, 07:36
İranda müxalifət parlament seçkilərinə qatılmayacaq

Gunaz.tv

GünAz TV: İranda martın 2-də milyonlarla seçici və yüzlərlə namizədin iştirak edəcəyi parlament seçkilərində müxalif islahatçılar parlament uğrunda mübarizə aparmayacaq.

Seçkilərdə əsas mübarizə prezident Mahmud Əhmədinejad və ali dini lider Ayətulla Əli Xamneyi tərəfdarları arasında gedəcək.

Martın 2-dəki seçkilər 2009-cu ildə mübahisəli prezident seçkilərdən bəri ilk səsvermədir.

O zaman seçkilərin nəticələri insanların etiraz səsini ucaltması və müxalif Yaşıl Hərəkat iştirakçılarına qarşı zorakılıqlarla müşayiət olunub. Nümayişlər zamanı onlarla insan həlak olub.

 Mir Hüseyn Musəvi və Mehdi Kərrubi də daxil olmaqla, islahatçı liderlər bir ildən artıq ev dustaqlığında saxlanılıblar. Onlar səsvermənin saxtalaşdırıldığını iddia edərək, parlament seçkilərini boykot edirlər. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar