SON XƏBƏRLƏR

BDP-li millət vəkilindən “Eurovision”da kürd və ermənicə mahnı tələbi

2021.10.20, 07:36
BDP-li millət vəkilindən “Eurovision”da kürd və ermənicə mahnı tələbi

Gunaz.tv

GünAz TV: Sırrı Sakık gələcək illərdə Türkiyənin bu müsabiqədə kürdcə və ya ermənicə mahnıyla təmsil olunmasını istəyir.

 

GünAz TV mətbuat mərkəzinin Ans press-ə istinadən yaydığı məlumata görə, Türkiyədə Barış və Demokratiya Partiyasının (BDP) kürd millət vəkili Sırrı Sakık “Eurovision” mahnı müsabiqəsində kürdcə və ya ermənicə mahnı oxunmasını tələb edib.

 

Kürd siyasətçi hesab edir ki, bu sayədə dünyaya çox əhəmiyyətli bir mesaj verilə bilər. Son illər Türkiyənin bu müsabiqədə ingiliscə mahnılarla iştirak etdiyini deyən Sakık buna ehtiyac olmadığını, kürdcə və ya ermənicə də mahnı ola biləcəyini qeyd edib:

“Bu, əslində fərqliliklərin ictimaiyyətdə əks olunmasıdır. Bunu niyə etmirik – deyə bir sorğu verdim. Bu il olmadı, amma gələcək illər üçün zəmin yaratmaq olar. “Eurovision”da kürdcə mahnı və kürd müğənni dünyaya necə təsir göstərər? Bu, qardaşlığı daha da gücləndirər. Belə bir fürsət yaradılsa kürdcənin də önəmli bir ədəbiyyat dili olduğunu bütün dünya görər”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar