SON XƏBƏRLƏR

Kanada parlamentinin üzvü Xocalı faciəsi ilə bağlı bəyanatla çıxış edib

2021.10.20, 07:36
Kanada parlamentinin üzvü Xocalı faciəsi ilə bağlı bəyanatla çıxış edib

Gunaz.tv

GünAz TV: Kanada Federal Parlamentinin və hakim Mühafizəkarlar Partiyasının üzvü Ras Hibert parlamentin İcmalar Palatasının 2012-ci il fevralın (February) 29-da keçirilmiş iclasında Xocalı faciəsi ilə bağlı bəyanat səsləndirib.

 

Bəyanatda 20 il əvvəl erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində yüzlərlə dinc sakinin qətlə yetirildiyi və Kanadanın da bu qətliamı xatırladığı qeyd olunub. Xocalı qırğınının Dağlıq Qarabağ münaqişəsi ərzində törədilmiş dəhşətli qətliamlardan biri olduğu bəyanatda xüsusilə vurğulanıb, ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 30 min hərbi qulluqçunun və mülki vətəndaşın qətlə yetirildiyi və bir milyondan artıq insanın öz evlərini tərk etdiyi, məcburi köçkünə və qaçqına çevrildiyi göstərilib.

 

Bəyanatda Dağlıq Qarabağ bölgəsinin hələ də Ermənistanın işğalı altında olduğu xüsusilə qeyd olunub. Bəyanatın sonunda uzun müddət davam edən münaqişənin sülh yolu ilə tənzimlənməsinə ümidin mövcud olduğu vurğulanıb və problemin danışıqlar masası ətrafında tənzimlənməsi məqsədilə tərəflərə çağırış səsləndirilib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar