SON XƏBƏRLƏR

Böyük Britaniya Suriyadakı səfirliyini bağladı

2021.10.20, 07:36
Böyük Britaniya Suriyadakı səfirliyini bağladı

Gunaz.tv

GünAz TV: İngiltərə xarici işlər naziri Vilyam Heyq bildirib ki, Suriyadakı təhlükəsizlik şəraiti pisləşdiyindən Şamdakı səfirlik bağlanıb, bütün diplomatlar isə geri çağrılıblar.

Onun sözlərinə görə, səfirliyin bağladılması İngiltərə-Suriya arasındakı diplomatik əlaqələrin kəsilməsi demək deyil: “Lakin bununla belə, Suriyadakı rejimə qarşı diplomatik təzyiqlər davam edəcək. Suriya Milli Şurası ilə işlər də aparılacaq”. Bu barədə “Mərkəz” Rusiya mətbuatına istinadən məlumat yayıb.

 Xatırladaq ki, Böyük Britaniya daha öncə Suriyadakı diplomatların bir çoxunu geri çağırmışdı. Digər diplomatlar isə dünəndən etibarən İngiltərəyə çağrılıblar. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar