SON XƏBƏRLƏR

Vladimir Putin: “İran əhalisinin əhəmiyyətli hissəsi azərbaycanlılardır”

2021.10.20, 07:36
Vladimir Putin: “İran əhalisinin əhəmiyyətli hissəsi azərbaycanlılardır”

Gunaz.tv

GünAz TV: Ümid edirəm ki, İranın MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) ilə əməkdaşlığı tam həcmdə bərpa ediləcək.

GünAz TV mətbuat mərkəzinin “Gün.Az”a istinadən yaydığı məlumata görə, bunu Rusiyanın baş naziri Vladimir Putin aparıcı xarici nəşrlərin redaktorları (sərdəbir) ilə görüşdə deyib. 

 O, İran əhalisinin əhəmiyyətli hissəsini etnik azərbaycanlıların təşkil etdiyini xatırladaraq, Rusiya üçün təhdidi də qeyd edib.

 “Hərbi münaqişə baş verdiyi təqdirdə, qaçqın axını Azərbaycana və Rusiyaya üz tutacaq”.

 Rusiyanın münaqişəyə müdaxiləsinin mümkün olub-olmaması barədə sualı cavablandıran Putin xatırladıb ki, kiçik sayda sülhməramlı qüvvələr istisna olmaqla, Rusiyanın kənarda əsgəri yoxdur.

 “Bu, bizim əsas mövqeyimizdir. Biz sülh siyasəti aparırıq və mübahisəli münaqişələrin həllində gücdən daha az istifadə edilməsini istəyirik” – deyə, o bəyan edib. N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar