SON XƏBƏRLƏR

İran Amerikanı hərbi bazalarını vurmaqla hədələdi

2025.06.11, 12:27
İran Amerikanı hərbi bazalarını vurmaqla hədələdi

İranla hərbi münaqişəyə girilərsə Amerikanın itkiləri ağır olacaq və Amerika qüvvələri bölgəni tərk etməyə məcbur ediləcək.

Gunaz.tv

Bunu İranın müdafiə naziri Əmir Nəsirzadə bildirib.

“Əgər danışıqlar uğursuz olarsa və qarşıdurma baş verərsə biz hədəflərə zərbə endirəcəyik. Biz tərəddüd etmədən ev sahibi ölkələrdəki bütün Amerika bazalarını hədəf alacağıq.” - deyə o bildirib.

Nəsirzadə həmçinin bildirib ki, İran ötən həftə iki tonluq döyüş başlığına malik raket sınağını uğurla keçirib.

O, həmçinin hərbi məhdudiyyətlərlə bağlı hər hansı müzakirəni rədd edərək, “Biz nə hərbi məhdudiyyətləri qəbul etmirik, nə də kiməsə onlar üzərində danışıqlar aparmağa icazə vermirik” deyib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar