SON XƏBƏRLƏR

İsrail: İranın mərkəzində 100 hədəf vurulub

2025.06.16, 15:18
İsrail: İranın mərkəzində 100 hədəf vurulub

İranın mərkəzində 100 hədəf vurulub, roket qurğularının 1/3-i sıradan çıxarılıb.

Gunaz.tv

Bu barədə İsrail ordusu məlumat yayıb.

Xəbərə görə, İsrail Müdafiə Qüvvələrinin (IDF) 20-dən çox yer-yer tipli roket qurğusunu məhv edib.

IDF-in məlumatına görə, əməliyyatda 50-yə yaxın döyüş təyyarəsi iştirak edib, əsas diqqət İsfahan şəhəri və ətrafındakı raket anbarları və roket qurğularına yönəlib.

Əməliyyatın başlanğıcından bəri 120-dən çox raket buraxılış qurğusu məhv edildiyi qeyd edilib.

“Bununla da biz deyə bilərik ki, İran rejiminin raket buraxılış qurğularının üçdə biri məhv edilib." - deyə bəyanatda vurğulanıb.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar