SON XƏBƏRLƏR

İsrail HHQ İsfahan ərazisindəki hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb

2025.06.20, 12:57
İsrail HHQ İsfahan ərazisindəki hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb

İsrail Hərbi Hava Qüvvələri 250 kilometr məsafədəki hədəfə çata bilən “Delila” raketləri vasitəsilə İrana məxsus olan və İsfahan ərazisində yerləşdirilən bir sıra hava hücumundan müdafiə sistemini sıradan çıxarıb.

Gunaz.tv

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, onların arasında “Tor-M1” sistemi, “Yastreb” zenit-raket kompleksi və Rusiyanın malik olduğu “Kasta” 2E2 RLS sistemi də var.

O da qeyd edilib ki, hava reydi nəticəsində Tehran ətrafında yerləşdirilmiş radiolokasiya qurğuları da zərərsizləşdirilib.

İsrail Ordusu sözügedən əməliyyatın görüntülərini də yayıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar