SON XƏBƏRLƏR

Burulğan dəhşəti: 12 ölü

2021.10.20, 07:36
Burulğan dəhşəti: 12 ölü

Gunaz.tv

Burulğan  dəhşəti: 12 ölü

GünazTV:Amerika Birləşmiş Dövlətlərində 5 əyalətində burulğan dəhşəti yaşandı. Ölkənin orta qərb əyalətlərini təsiri altına alan qasırğa və burulğanda 12 adam öldü.

 Burulğan ən çox zərər verdiyi əyalət Kanzas oldu. Önünə çıxan evləri dağıdıb, ağacları kökündən çıxarıb, avtomobilləri  yerindən tərpədib.Sürəti saatda  270 kilometrə çıxan qasırğa  Kanzasda Branson qəsəbəsi ilə Illınois əyallətindəki 9 min əhalisi olan Harrison qəsəbəsini  az qala  yerləyeksan edə.

Ohio, Tennessee və Missouri əyalətlərində də böyük ziyan meydana gəlib. Dağıntı qaldırma işlərinə təhlükəsizlik qüvvətləri də qatılıb.Bölgədə bir gecədə tam 16 böyük xortum meydana gəlib.

Amerika Birləşmiş Dövlətlərində burulğanlar  ümumiyyətlə mart ayından  başlayır.Ölkədə keçən il aprel ayında meydana gələn burulğanlarda  314 adam, may ayında isə  159 adam həyatını itirmişdi.S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar