SON XƏBƏRLƏR

İran işğalçı ölkəyə neft məhsulları satacaq

2021.10.20, 07:36
İran işğalçı ölkəyə neft məhsulları satacaq

Gunaz.tv

GünAz TV: Ermənistan İranla maye yanacağın və neft məhsullarının idxalına dair yeni saziş imzalayacaq.

“MEHR” agentliyinin xəbərinə görə, İran Ermənistan üçün zəruri olan benzin, dizel yanacağı, kerosin (ağ neft) və aviasiya (hacavılıq, həvanəvərdi) yanacağı ixrac edəcək.

Son illər iki ölkənin energetika qurumları arasında müxtəlif neft məhsullarının nəqlinin həcmini artırmaq üçün İran-Ermənistan sərhədində birgə neft terminalının tikintisinə dair danışıqlar aparılıb. Bundan başqa, Təbriz-Erasx neft kəmərinin tikintisi də müzakirə olunan məsələlər sırasındadır.

Qeyd edək ki, bu il yanvarın (January) 23-də Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo (təhrim) tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul (July) 2012-ci ilədək yerinə yetirilməlidir.

Artıq Yaponiya və Koreya İrandan neft idxalının həcmini azaldıb. Çin, Hindistan və İsveçrə isə İrandan neft almaqda davam edəcəklərini bəyan ediblər. APA

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar