SON XƏBƏRLƏR

İstanbulda partlama

2021.10.20, 07:36
İstanbulda partlama

Gunaz.tv

İstanbulda partlama

GünazTV:İstanbulda AK Partiya binası qarşısında gözləyən polis avtobusunun  yaxınında partlama oldu. Hadisə AK Partiyanın  Beyoğlu Sütlücədəki  bölgə binası önündəki Çevik Qüvvət avtobusu yanında reallaşdı.

İlkin araşdırmalara görə  yol kənarında saxlanılan motosklet  polis mikroavtobusunun keçiş ərəfəsində partladılıb. Aralarında polislərin də olduğu   10 adam yaralanıb. Yaralılar təcili yardımlarla xəstəxanalara qaldırılıb.

Partlama nəticəsində yaxınlıqda olan digər vasitlərdə də ziyan  meydana gəlib.

Qubernator və Təhlükəsizlik müdirindən ilk açıqlama gəlib : İstanbul valisi  Hüseyn Avni Mutlu ,  ilk təyin etməyərə görə plastik partlayıcının uzaqdan idarə etmə ilə partladıldığını söylədi. 10 adamın yaralandığını və vəziyyətlərinin yüngül olduğunu ifadə edib.

İstanbul Təhlükəsizlik Müdiri Hüseyn  Çapkın    isə polis vasitəsində 21 məmurun olduğunu ifadə edib.Daxili işlər  Naziri İdris Naim Şahin  deprəmzədələrlə  bir araya gəlmək üzrə getdiyi Vanda, aeroportda  İstanbuldakı partlamağa bağlı sualları cavablandırıb.

Şahin, Beyoğlunda meydana gələn partlamanın uzaqdan idarə ilə reallaşdırıldığını və  10 polis məmurunun da yaralandığını deyərək ,  ''Ağır yaralı yox içlərində'' – deyə çıxışında əlavə edib.S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar