SON XƏBƏRLƏR

İrana hücum üçün Ağ Evə təkliflər verilib

2021.10.20, 07:36
İrana hücum üçün Ağ Evə təkliflər verilib

Gunaz.tv

GünAz TV: Fevralın (February) 29-da jurnalistlərə açıqlama verən ABŞ (Amerika Birləşmiş Ştatları) Hərbi Hava Qüvvələrinin komandanı (fərmandehi) general Norton Şvartz İrana qarşı hərbi hücuma tam hazır olduqlarını bildirib.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Norton Şvartz deyib ki, İrana qarşı hərbi hücum üçün müxtəlif planlar hazırlanıb: “ABŞ (Amerika Birləşmiş Ştatları) Hərbi Hava Qüvvələri digər silahlı qüvvələrlə birlikdə İrana hücum üçün Ağ evə müxtəlif seçimlər təklif edib”.

 

“Hərbi Hava Qüvvələri təkbaşına İranın nüvə proqramına son qoymaq gücünə malikdirmi” sualına general belə cavab verib: “Bu, hərbi hücumun məqsədindən asılıdır. Baxır hədəf nədir: İranın nüvə proqramına son qoymaq, yoxsa onu təxirə salmaq və ya fəaliyyətini ləngitmək”.

 

Norton Şvartz deyib ki, İrana qarşı mümkün hərbi hücum reallaşsa, əməliyyatlara ABŞ-ın Orta Şərqdəki hərbi qüvvələrinin komandanı general Ceyms Matis komandanlıq edəcək. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar