SON XƏBƏRLƏR

Tarixi qərar: “Quzey Koreya nüvə fəaliyyətini dayandırır”

2021.10.20, 07:36
Tarixi qərar: “Quzey Koreya nüvə fəaliyyətini dayandırır”

Gunaz.tv

GünAz TV: Quzey Koreya rəhbərliyi ABŞ-ın (Amerika Birləşmiş Ştatları) ərzaq köməyi qarşlığında nüvə proqramı sahəsində fəaliyyətini dayandıracaq.

Quzey Koreya nüvə silahı və uzaq mənzilli ballastik raketlərin sınağını dayandırmağa söz verib. Həmçinin Yonbendə yerləşən nüvə kompleksində uranın zənginləşdirilməsi dayandırılacaq. Bundan başqa Pxenyan nüvə obyektlərinin (təsisat) MAQATE (Beynəlxalq Atom Energetikası Agentliyi) müfəttişləri tərəfindən yoxlanılmasına icazə verəcək. Bu haqda “Reuters” ABŞ Dövlət Departamentinə (xarici işlər nazirliyi) istinadən xəbər yayıb.

Dövlət Departamentinin məlumatına görə 23-24 fevralda (February) ABŞ və Quzey Koreya arasında aparılan ikitərəfli danışıqlarda razılıq əldə olunub. Nüvə proqramının dayandırılması əvəzində ABŞ Şimali Koreyaya 240 min ton ərzaq yardımı etməyə hazırdır. Şimali Koreyanın keçmiş lideri Kim Çen İrin hakimiyyəti dövründə nüvə proqramı iki dəfə - 2006 və 2009-cu illərdə fasilələrlə dayandırmışdı. 2011-ci ilin dekabrında (December) onun vəfat etməsi və yerinə oğulun keçməsi yeni danışıqlar üçün şərait yaratdı. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar