SON XƏBƏRLƏR

“Altılıq” ölkələri ilə İran arasında danışıqlar barədə ilkin razılıq əldə olunub

2021.10.20, 07:36
“Altılıq” ölkələri ilə İran arasında danışıqlar barədə ilkin razılıq əldə olunub

Gunaz.tv

GünAz TV: BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyadan ibarət 5+1 qrupu (“altılıq”) İranla mübahisəli nüvə proqramı ilə bağlı görüşmək üçün ilkin razılıq əldə edib.

Görüşün isə böyük ehtimalla mart (March) ayında İstanbulda reallaşacağı bildirilib. Bu barədə Böyük Britaniyanın “The Guardian” qəzeti yazıb.

 Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton da “altılıq”la İran arasında müzakirələrin yaxında başlayacağını açıqlayıb: “Mən tərəflər arasında müzakirələrin yaxında başlaması məsələsində optimistəm (xoşbinəm). İran müzakirəyə hazır olduğunu bildirib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili bununla bağlı fevralın (February) 14-də məktub da yazıb”.

 Bu arada Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə TRT-yə açıqlamasında İranla Qərb ölkələri arasındakı müzakirələrin ən gec aprel ayında başlayacağına inandığını deyib: “Bu günlərdə tərəflər bir-birinə qarşılıqlı məktublar yazıb. İnşallah, gələcək həftə təkrar İran xarici işlər naziri ilə görüşəcəyəm. İnşallah yaxın vaxtlarda bir tarix müəyyənləşdirilər. Mart ayı İranda Novruz bayramıdır. Ona görə də mən ən gec aprel ayında təkrar görüşün olacağını düşünürəm. Əgər Türkiyəni seçsələr, biz hər vaxt ev sahibliyi edərik, əlimizdən gələn köməyi də təmin edərik”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar