SON XƏBƏRLƏR

"Ceyş əl-Ədl" İranda silahlı hücuma görə bəyanat yaydı- 17 nəfər...

2025.07.12, 12:36
"Ceyş əl-Ədl" İranda silahlı hücuma görə bəyanat yaydı- 17 nəfər...

İran bəluçlarının silahlı qruplaşması olan "Ceyş əl-Ədl" son 3 gün ərzində baş verən iki silahlı qarşıdurma ilə bağlı bəyanat yayıb.

Gunaz.tv

Bəyanatda silahlı qruplaşma hücumların məsuliyyətini öz üzərinə götürüb.

Bildirilib ki, iyulun 9-u və 11-də əyalətin Çabahar bölgəsində İran hərbçilərinə qarşı həyata keçirilən hücum nəticəsində təşkilatın 6 üzvü ölüb.

Bununla yanaşı İran hərbçilərinin 11 nəfərinin ölüb və yaralandığı qeyd olunub.

Ölən və yaralananların kimliyi barədə məlumat verilməyib.

İranın rəsmi dövlət mediası isə 3 zabitin, Həmidrza Mirşahi, Hüseyn Cəfəriniya və Abbas Beyrəqi Fərdin öldürüldüyünü təsdiq edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar