SON XƏBƏRLƏR

Rusiyada terror aktlarının sayı kəskin artıb

2025.07.14, 10:13
Rusiyada terror aktlarının sayı kəskin artıb

2024-cü ildə Rusiyada 1191 terror aktı qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə təxminən üç dəfə çoxdur (2023-cü ildə 410 hadisə).

Gunaz.tv

Günaz TV "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə RBC Rusiya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Həmçinin terror cinayətlərinin ümumi sayı da xeyli artıb - 2023-cü ildəki 2382-dən 2024-cü ildə 3714-ə qədər. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildən 2023-cü ilə qədər olan dövrdə bu rəqəm sabit qalıb, ildə təxminən 2 min cinayət baş verib.

2022-ci ildən bəri terror aktlarının sayında kəskin artım qeydə alınıb. 2019-2021-ci illərdə hər il təxminən 40-50, 2022-ci ildə artıq 127, 2023-cü ildə 410, 2024-cü ildə isə mindən çox belə hadisə qeydə alınıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar