SON XƏBƏRLƏR

İranda təhlükəsizlik məmuru öldürülüb

2025.07.19, 15:16
İranda təhlükəsizlik məmuru öldürülüb

İranın Sistan və Bəluçistan əyalətinin Səravan şəhərində İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yerli bölməsinin məmuru öldürülüb.

Gunaz.tv

Bu haqda İran hökumətinə qarşı silahlı mübarizə aparan "Ceyş əl-Ədl" silahlı qruplaşması məlumat yayıb.

Məlumatda silahlı qruplaşma Orəng Surizehi adlı məmurun qətlinin məsuliyyətini öz üzərinə götürüb.

Onun 2014-cü ildən Təhlükəsizlik və Kəşfiyyat Nazirliyində fəaliyyət göstərdiyi və etirazçılara qarşı repressiyalarda əhəmiyyətli rol oynadığı bildirilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar