SON XƏBƏRLƏR

Vaşinqton Bəşər Əsədi "hərbi cinayətkar" elan etdi

2021.10.20, 07:36
Vaşinqton Bəşər Əsədi "hərbi cinayətkar" elan etdi

Gunaz.tv

GünAz TV: BMT (Birləşmiş Millətlər Təşkilatı) Suriyada hökumət qüvvələrilə müxalifət tərəfdarları arasında təxminən 1 ildir davam edən toqquşmalarda həlak olanların sayı ilə bağlı yeni rəqəm açıqlayıb.

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, BMT toqquşmalarda ölənlərin sayının 7,5 mini ötdüyünü bəyan edib. Ali qurumun baş katibinin müavini Linn Pasko bildirib ki, hesablamalar Suriyada hər gün orta hesabla 100 mülki şəxsin həlak olduğunu göstərir. Onların arasında çoxlu sayda qadın və uşaqlar da var.

Rəsmi Dəməşq isə toqquşmalarda təxminən 2500 nəfərin həlak olduğunu iddia edir. Hakimiyyətin iddiasına görə, onlardan 1345 nəfəri "silahlı qruplaşmalarla döyüşdə həlak olmuş hərbçilər və təhlükəsizlik qüvvələridir".

Bu arada ABŞ (Amerika Birləşmiş Ştatları) Suriya prezidenti Bəşər Əsədi "hərbi cinayətkar" elan edib. Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton bildirib ki, "Bəşər Əsədin əməlləri hərbi cinayətkarın tərifinə tam uyğun gəlir". "Əsədin hərbi cinayətkar elan edilməsi üçün sübutların tapılması mümkündür", - deyə Klinton qeyd edib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar