SON XƏBƏRLƏR

PKK-çılar Ankarada keçirilən Xocalı tədbirində təxribat törədiblər

2021.10.20, 07:36
PKK-çılar Ankarada keçirilən Xocalı tədbirində təxribat törədiblər

Gunaz.tv

GünAz TV: Azərbaycanlı və türk öyrənciləri ilə terror təşkilatı PKK yandaşları kürd öyrənciləri arasında baş vermiş hadisədə 2 nəfər xəsarət alıb.

Ötən gün Türkiyənin paytaxtı Ankaradakı “Hacettepe” universitetində azərbaycanlı tələbələrin Xocalı soyqırımı ilə bağlı keçirdiyi tədbirdə PKK terror təşkilatının tərəfdarları təxribat törətməyə çalışıb.

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, tədbirin keçirildiyi konfrans zalını (salon) işğal edən 40-a yaxın kürd tələbə, “hamınız faşistsiniz, erməniləri təhqir edirsiniz, Hranta hörmətiniz yoxdur” kimi şüarlar səsləndirib, Xocalı soyqırımı barədə hazırlanmış video-çarxı porno film, faşizm adlandırıblar. Azərbaycanlı və türk tələbələrin etirazı ilə tərəflər arasında qarşıdurma baş verib.

 Hadisə yerinə toplaşan 70-80 nəfər azərbaycanlı tələbə isə Ədəbiyyat fakultəsinin qarşısında keçirdikləri aksiya ilə hadisəyə etirazlarını bildiriblər. Baş vermiş qarşıdurma nəticəsində binanın qapısı və pəncərələri sındırılıb, təhlükəsizlik xidmətinin əməkdaşları baş verəcək hadisənin qarşısını çətinliklə ala bilib. Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alsa da Xocalı soyqırımı üçün nəzərdə tutulan tədbir baş tutub. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar