SON XƏBƏRLƏR

Keçmiş millət vəkili: İran rəsmiləri ünsiyyəti kağız üzərində yazaraq həyata keçirirlər

2025.07.25, 11:38
Keçmiş millət vəkili: İran rəsmiləri ünsiyyəti kağız üzərində yazaraq həyata keçirirlər

İran parlamentinin keçmiş üzvü Qulaməli Cəfərzadə Aymanabadi Israil ilə İran arasında baş verən 12 günlük savaşdan danışıb və dinlənilmə qorxusuna görə, İran rəsmilərinin ünsiyyəti kağız üzərində yazaraq həyata keçirdiyini bildirib.

Gunaz.tv

Qulaməli Cəfərzadə Aymanabadi "Didar News"a müsahibəsində deyib.

"Kəşfiyyat gücü bir ölkənin əsas güclərindən biridir. Hər şey dinlənilib və rəsmilərin bütün tərcümeyi-halı onların əlində olub; qan qrupundan və DNT-dən tutmuş bank hesablarına qədər. nə üçün Əfqanları suçlayırsınız?" - deyə Aymanabadi bildirib.

O, İsrailin hücumlarından sonra İran İslam Respublikasının təhlükəsizlik aparatının məsuliyyətsizliyini tənqid edib və bu qurumların və məsul şəxslərin nə üçün mühakimə olunmadığını və impiçment edilmədiyini soruşub.

O, hökumət strukturunda casusların təsirinin genişlənməsinə toxunaraq əlavə edib ki, ölkədə vəziyyət o həddə çatıb ki, dövlət məmurları öz aralarında ünsiyyəti kağız üzərində yazaraq həyata keçirirlər.

 

C

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar