SON XƏBƏRLƏR

Amerika Rusiya neftinin alıcılarını “qara siyahı” ya sala bilər

2025.07.30, 10:12
Amerika Rusiya neftinin alıcılarını “qara siyahı” ya sala bilər

Vaşinqton administrasiyası hesab edir ki, Amerika Rusiya neftinin alıcılarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edərsə, bu tədbirlər Amerika müttəfiqləri tərəfindən dəstəklənəcək.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bunu Amerikanın maliyyə naziri Skott Bessent Stokholmda Çin tərəfi ilə ticarət danışıqlarının yekunları üzrə deyib.

“Biz bir neçə avropalı tərəfdaşlarımızdan, NATO müttəfiqlərimizdən, hətta Kanadanın da nümunəni izləyəcəkləri barədə bəyanatınə eşitmişik. Beləliklə, biz gözləyirik ki, Ukraynanı dəstəkləyən Qərb ittifaqının çoxu da eyni addımı atacaq. Məncə, sanksiyalara məruz qalmış Rusiya neftini alan hər kəs buna hazır olmalıdır”, - Bessent vurğulayıb.

Nazir Çin tərəfinin Rusiya neftinin sonrakı alışının mümkün nəticələri barədə xəbərdarlıq edilib-edilməməsi ilə bağlı suala müsbət cavab verib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar