SON XƏBƏRLƏR

Yerusəlim Təhlükəsizlik və Xarici Əlaqələr Mərkəzi: İsrail və İran münaqişənin yeni mərhələsinə hazırlaşır

2025.07.30, 11:50
Yerusəlim Təhlükəsizlik və Xarici Əlaqələr Mərkəzi: İsrail və İran münaqişənin yeni mərhələsinə hazırlaşır

“Hərbi hazırlıqlar gizli şəkildə davam edir və bütün region hər an partlaya biləcək barut çəlləyinin üstündədir”.

Gunaz.tv

Bu sözləri Yerusəlim Təhlükəsizlik və Xarici Əlaqələr Mərkəzi öz hesabatında yazıb.

Mərkəzinin analitiklərinin fikrincə, hər iki ölkə atəşkəs imzalansa da gizli şəkildə ikitərəfli qarşıdurmada yeni mərhələnin başlanmasına hazırlaşırlar.

İsrail tərəfində "Arrow" müdafiə raketlərinin istehsalı sürətlənib, Dəmir Qübbə və "David Flasks" kimi müdafiə sistemləri daha yüksək hazırlıq səviyyəsinə çatıb. Bu arada İran arsenalını modernləşdirərək, Çindən döyüş təyyarələri və müdafiə sistemləri almağa çalışaraq yeni döyüşə hazırlaşır.

Mərkəızin məlumatına görə, İran rejimi İsrailin 13 iyunda qəfil hücumundan sonra hansısa şəkildə cavab vermək üçün qabaqlayıcı zərbə endirməyi düşünür.

Məruzədə deyilir ki, İran çox güman ki, Yəməndəki Husilər, Lübnandakı Hizbullah və İraqdakı şiə milisləri kimi proksilər vasitəsilə öz hərəkətlərinə davam edəcək. İranın birbaşa hücumu o zaman baş verə bilər ki, rejim onun sağ qalması üçün ciddi təhlükə hiss etsin.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar