SON XƏBƏRLƏR

Tramp: “Rusiya Ukraynada müharibəni 10 gün ərzində bitirməsə, sanksiyalarla üzləşəcək

2025.07.30, 12:18
Tramp: “Rusiya Ukraynada müharibəni 10 gün ərzində bitirməsə, sanksiyalarla üzləşəcək

Amerika prezidenti Donald Tramp Rusiyaya Ukraynadakı müharibəni 10 gün ərzində bitirmək üçün yeni müddət verdiyini, əks halda yeni sanksiyalar və tariflərlə üzləşəcəyini açıqlayıb.

Gunaz.tv

Tramp bu sözləri Britaniyadan Vaşinqtona qayıdarkən deyib və qeyd edib ki, əvvəlki 50 gün olan müddət indi 10-12 günə endirilib.

"Bu gündən etibarən 10 günlük müddət başlayır. Bundan sonra biz tarifləri və digər tədbirləri tətbiq edəcəyik. Bunun Rusiyaya təsir edib-etməyəcəyini bilmirəm, amma təsiri ola bilər", - Tramp çərşənbə axşamı axşam jurnalistlərin sualına cavab verib.

O vurğulayıb ki, Birləşmiş Ştatlar Rusiya ilə Ukraynadakı müharibəni bu müddət ərzində dayandırmaq üçün razılaşma əldə etmək istəyir, lakin onun sözlərinə görə, “görünür, ruslar müharibəni davam etdirmək istəyirlər”.

Tramp deyib: “Rusiya prezidenti Vladimir Putindən hələlik heç bir cavab almamışam, bu təəssüf doğurur”.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar