SON XƏBƏRLƏR

Suriya diktatoruna sığınacaq təklif olundu

2021.10.20, 07:36
Suriya diktatoruna sığınacaq təklif olundu

Gunaz.tv

GünAz TV: Tunisin yeni seçilmiş prezidenti Münsif Mərzuki ölkəsinin Suriya diktatoru Bəşər Əsədə sığınacaq verməyə hazır olduğunu açıqlayıb.

 

Mərzuki Tunisdə fransız dilində nəşr olunan “La Presse” qəzetinə verdiyi müsahibəsində bildirib ki, ölkəsi Suriyadakı gərginliyin müzakirələr yolu ilə sona çatıdırlması məqəsdiylə aylardır istefası tələb olunan Bəşər Əsəd və onun yaxınlarına siyasi sığınacaq verməyə hazırdır.

 

Qeyd edək ki, Münsif Mərzuki ötən həftə Tunisdə 60 ölkənin iştirakıyla keçirilən “Suriyanın dostları”nın toplantısında Bəşər Əsəd və ailəsinə ədalətli toxunulmazlıq verilməsini istəmiş və Suriya diktatorunun Rusiyaya sığına biləcək ehtimalını gündəmə gətirmişdi. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar