SON XƏBƏRLƏR

İranlı mollalar yenidən Trampı öldürməyə çağırdılar

2025.08.02, 10:23
İranlı mollalar yenidən Trampı öldürməyə çağırdılar

Qum Seminariyası və ona bağlı olan dini mərkəzlərin 2000-dən çox müctəhid və mollası, avqustun 1-də Donald Trampın “qanının tökülməsini  və malının yağmalanmasını” halal elan edən bəyanat yayıb.

Gunaz.tv

Bu haqda İran televizyası məlumat yayıb.

"Bundan sonra o qəddar və cinayətkar qatil Donald Trampın qanı və malı halaldır, dünyanın istənilən yerində şəhidlərin qanının qısasını almaq hər bir müsəlman kişi, qadın və azadlıqsevər insanın mənəvi və dini borcudur. Bu hərəkət yalnız ədalətli cəza və dinin, islamın və millətin qanuni müdafiəsi naminədir".

Qeyd edək ki, bir neçə gün əvvəl Məsud Pezeşkian və Abbas Araqçı Amerika mediası ilə söhbətlərində İslam Respublikasının Trampı öldürmək niyyətində olmadığını bildirsələr də, İranın radikal qurum və şəxslərinin ABŞ prezidentinə qarşı təhdid bəyanatları davam edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar