SON XƏBƏRLƏR

Tehran öz neftini qızıla və idxalçıların milli pullarına satmağa hazırdır

2021.10.20, 07:36
Tehran öz neftini qızıla və idxalçıların milli pullarına satmağa hazırdır

Gunaz.tv

GünAz TV: Hesablaşma valyutası (ərz, döviz) qismində ABŞ (Amerika Birləşmiş Ştatları) dollarını əvəz etmək üçün İran ixrac olunmuş neftə görə ödəniş kimi idxalçı ölkənin milli valyutası, həmçinin qızılı qəbul etməyə hazırdır.

Gün.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının rəhbəri Mahmudə Bəhməni bildirib.

 “Xarici dövlətlərlə ticarətdə İran yalnız ABŞ dollarından istifadə ilə məhdudlaşmır, bizim ticarət tərəfdaşımız öz milli valyutasını da ödəniş qismində təqdim edə bilər. Ölkə bizimlə qızılla hesablaşmağı istəsə, biz onu heç bir ilkin şərt olmadan qəbul edəcəyik” – deyə, M.Bəhməni bildirib.

 Ekspertlər (karşünaslar) artıq qeyd ediblər ki, İranın Mərkəzi Bankı bu addımı iyuldan (July) başlayaraq xam neftin tədarükünə embarqonu (təhrim) nəzərdə tutan sanksiyalarla əlaqədar atıb. Bundan başqa, ABŞ İranla ticarət apararaq, dollardan istifadə edənlərə qarşı da embarqo tətbiq olunacağını bəyan edib.

Qeyd edək ki, artıq ötən həftə Tehran Fransa və Böyük Britaniyaya neft tədarükündən imtina edib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar