SON XƏBƏRLƏR

Amerika Rusiyanın gəlir mənbələrinə zərbə vuracaq tədbirlər hazırlayır

2025.08.05, 11:51
Amerika Rusiyanın gəlir mənbələrinə zərbə vuracaq tədbirlər hazırlayır

Amerika Ukraynada hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün Çin, Hindistan və Braziliyaya qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Amerikanın NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker “Bloomberg TV”yə müsahibəsində bildirib.

"Bu müharibəni Rusiya istehsalı olan nefti alaraq maliyyələşdirənlərə, məsələn, Çin, Hindistan və Braziliyaya qarşı ikinci dərəcəli sanksiyalar və rüsumların tətbiqi münaqişənin dayandırılması yolunda növbəti addımdır", - o qeyd edib.

Diplomatın sözlərinə görə, bu tədbirlər Rusiyanın gəlir mənbələrinə "həqiqətən zərbə vuracaq".

Daimi nümayəndə “Newsmax” telekanalının efirində iddia edib ki, Amerika Prezidenti Donald Tramp Rusiya neftinin idxalçılarına qarşı sanksiyalar tətbiq etməklə sülhün bərqərar olmasına şərait yaratmağa çalışır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar